SİZİN REKLAM BURADA!
055 213 76 73


COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

BAKU.WS xəbər verir ki, Nərimanov RPİ əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla, müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan əlavə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

E.Əmirxanov barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

BAKU.WS