SİZİN REKLAM BURADA!
055 213 76 73


"Çalışmaq lazımdır ki, insanlar bir araya gəlməsin. Azərbaycanda elə bir vəziyyət yaranıb ki, mütləq sərt tədbirlər görülməlidir. Əgər bu tədbirlər görülməsə, xəstəxanalarda yer qalmayacaq". 

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, iki həftəlik sərt tədbirlər vəziyyətə nəzarəti bərpa etməyə imkan yaradacaq: 

"Dünyanın hər bir ölkəsində bu tədbirlər görülür. Xarici ölkələrdə də analoji vəziyyət hökm sürür". 

BAKU.WS
VİDEO