SİZİN REKLAM BURADA!
055 213 76 73


“20 yaşdan aşağı olan şəxslər COVİD-19 xəstəliyinin, daha doğrusu, ölümün daşıyıcılarıdır. 20 yaşdan aşağı insanlara müraciət edərək deyirəm ki, ailənizə, sevginiz varsa, ona atəşin düşməsini istəmirsinizsə, mütləq COVİD-19-u ciddi qəbul etməlisiniz”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, xəstəlik sayı nə qədər artırsa, ölüm sayı da o qədər artır.

“Ötən ilin sonundan Çində ortaya çıxan yeni növ koronavirus bütün dünyada yayılaraq pandemiyaya çevrildi. Xəstəliyə qarşı mübarizə artıq bir-iki ölkənin deyil, bütün ölkələrin birgə mübarizə çərçivəsində baş verə bilər”, - deyə Adil Allahverdiyev bildirib.

Onun sözlərinə görə, virusa yoluxmuş şəxsin təkrar yenidən yoluxma ehtimalı var:

“Koronavirusa yoluxmuş şəxslərdə anticisimlər dörd-beş ay olur və şəxs yenidən yoluxa bilər”.
A.Allahverdiyev qeyd edib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir:

“Profilaktik təbabət ən vacibdir, profilaktik təbabət xəstələnmənin qarşısını alır. Ona görə də buna riayət edilməlidir.

COVİD elə bir xəstəlikdir ki, ona qarşı mübarizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğat işləri aparmalıdır”.

BAKU.WS