Azərbaycanda daha 2735 nəfər koronavirusa yoluxub
                            
                                21
                                noy
                            
                                2020
                                16:20
                            
                            Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.
Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 1849 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BAKU...