Yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU

Yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU
Sosial 67

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bu barədə BAKU.WS -ə Milli Hidrometrologiya İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında yaxın dayanacaqlarla yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı- ayrı leysan xarakterli intensiv və güclü olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrılıqda arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Son xəbərlər