Sabah Bakının bu ərazilərində qaz olmayacaq
07
okt
2024
21:12
Qaradağ və Nizami rayonları ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 08.10.2024-cü il saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə BAKU.WS-ə "Azəriqaz" İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonu üzrə Ümid, Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin, həmçinin Nizami rayonu üzrə M.Şərifli, Ə. Kürçaylı, İ. Məmmədov, B.Nuriyev, C.Naxçıvanski, R. Rüstəmov küçələrinin, Qara Qarayev və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Dünyada qadağan olunur, Azərbaycanda satışı davam edir - "Sloboda" yağları TƏHLÜKƏLİDİR?
Rusiyanın Belqorod vilayətində istehsal olunan "Sloboda" təmizlənməmiş günəbaxan yağı barədə narahatedici məlumatlar yayılıb. Belarusa idxal edilən "Sloboda" ə...