Noyabr ayı üzrə müavinət, təqaüd və ünvanlı yardımlar ödənilib
26
noy
2024
18:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini də yekunlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.
Oxşar xəbərlər
Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
"20 Yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır. Ticarət obyektlərinin aqibəti həm yerli sakinlər, həm də sahibkarlarda...