Metronun "Həzi Aslanov" stansiyasında mərhələli yenidənqurma işlərinə başlanılır
"Həzi Aslanov" stansiyasında mərhələli yenidənqurmaişlərinə başlanılır
BAKU.WS xəbər verir ki, noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızıxəttinin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmirvə yenidənqurma işlərinə başlanılır. Bu stansiyanın dalanıqatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdətutulmuş texniki sahədir.
İstismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraitistansiyanın yol dalanında tunelin konstruktiv elementlərinəmənfi təsir edib. Davamlı təsirlər nəticəsində yan və ortadivarlarda erroziyanın intensiv xarakter aldığı müşahidəolunub. Blok və örtük panellərində mühafizə qatının betonuqopub, işçi armaturlar korroziyaya uğrayaraq deformasiyayaməruz qalıb və proses davamlı xarakter alıb. Yükdaşıyankonstruksiyaların dayanıqlığının yoxlanılması və gücləndirməişlərinə zərurət barədə rəyi Fövqəladə Hallar Nazirliyinintabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət DövlətAgentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib.
Qeyd olunmalıdır ki, stansiyanın inşası 1981-1987-ci illərdə mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görəaqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb. Sonrakıillərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeolojivəziyyətində kəskinliyin artması yol dalanında mövcudvəziyyətin yaranmasının əsas səbəbidir.
Hərtərəfli araşdırma və təhlillər belə nəticəyə gətirib ki,konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətiniitirdiyindən 20 ildən artıq istismar dövrü və qrunt sularıstansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsiz ötüşməyib və təmiri qaçılmaz edib.
Stansiya dalanının təmiri ilə əlaqədar keçirilmiş tenderin qalibi "Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası bütün prosesi 6 mərhələdən ibarət olmaqla təmin edəcək. Sahədətikinti-bərpa işləri üçün hazırlıq tədbirləri görülüb və təşkilati məsələlər həllini tapıb. Yükdaşıyıcı konstruksiyaların davamlılığını təmin etmək məqsədilə yaxınlıqdakı şaxtanın yerüstü sahəsində dalan tunelinin istinad divarına qədər pandus qazılıb. Pandusun quraşdırılması üçün svaydan istifadə olunub. Bu işlər son mərhələsindədir.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək.Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən,dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.
Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq.
Oxşar xəbərlər
Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub. "Report"un yerli bürosu məlumat verir ki, Şəhər İcra Hakimiyyətinin qarşısında...