Ateist olduğu deyilən Tarık Akanın qəbrinin görüntüləri müzakirələr yaratdı
2016-cı ildə vəfat edən məşhur aktyor Tarık Akanın qəbri müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, qəbir tamamilə hündür betonla örtülüb və üzərində uzun oyuq var. Yağış suları və ziyarətçilərin qəbirə tökdüyü su bu oyuğa dolur. Bununla da qəbrin üstünə gələn quşlar və itlər isti havada buradan su içir.
Mərhum aktyorunun qəbrinin bu formada hazırlanması onun ateist olması ilə əlaqələndirilib.
Onun oğlu Barış Üregül bu iddiaları təkzib edib:
"Teşvikiye məscidinin imamına zəng edib soruşa bilərsiniz. Hər şey İslam üsulları ilə edildi və atam dəfn edildi. Hətta imamla əl sıxışdıq və başqa işin olub-olmadığını soruşdum. "Dinsiz" olmaqda ittiham olunmağı ağırdır! Biz ailə olaraq dindar insanlarıq, müsəlmanıq. Düşünürük ki, din Allahla bəndə arasındadır, onu reklam etmək olmaz. Biz də atam kimi düşünürük. Atam ateist deyildi".
Oxşar xəbərlər
Deniz Akkaya saxlanıldı
Türkiyəli model Deniz Akkaya saxlanılıb. BAKU.WS xəbər verir ki, onu polis bölməsinə aparılmasına qərar verilib. Model sosial şəbəkədə hakimi təhqir və təhdid...