Metrodan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Metrodan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Sosial 9284

Yanvarın 7-də Prezident İlham Əliyev telekanallara verdiyi müsahibəsində Bakı metropoliteninin 10 stansiyanın inşası ilə bağlı konkret tapşırıqlar verib.

BAKU.WS-in məlumatına görə, bu stansiyalar Bakıda nəqliyyat sıxlığının azaldılmasına təkan verəcək və mobilliyin inkişafında mühüm rol oynayacaq.

Qarşıdakı dövrdə Yaşıl xəttin 4, Bənövşəyi xəttin 6 stansiyasının inşası planlaşdırılır. Bu layihələr sərnişin axını, daşıma reallıqlarını tamamilə dəyişərək Bakı metropoliteninin inkişafında, şəhərdə mobilliyin təmin edilməsindəki rolunu artıracaq.

Bəs, yeni qatarların alınması və ya köhnə qatarların modernləşdirilməsi ilə bağlı hansı planlar mövcuddur?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bağlanılmış müqaviləyə əsasən, 2025-ci ildə 20 yeni vaqon alınacaq:

"Daha 4 yeni qatarın xəttə verilməsi vaqon parkının yenilənməsi işlərinin davam etdirilməsi baxımından mühüm addım olacaq. Lakin qeyd edilməlidir ki, bu vaqonlar istismar müddətini başa vuracaq vaqonların əvəzinə sifariş verilir. İstismar müddətini başa vuran vaqonlarla bağlı iki mühüm məqam var. Onların istismar müddətinin uzadılması mümkünlüyü yalnız xüsusi səlahiyyətli texniki komissiyanın müvafiq müayinələri ilə verilən qərar əsasında mümkündür. Əks halda həmin qatar xətdən çıxarılaraq müvafiq normativlər çərçivəsində silinməsinə başlanılır".

Qurumdan həmçinin deyilib ki, 2025-ci ildə alınacaq 20 yeni vaqonun yığılaraq komplektləşdirilməsi Bakıda təmin ediləcək: "Bu da bizim üçün böyük və vacib təcrübədir. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlər təmin edəcək. Vaqonlar müasir sistemlərlə təchiz ediləcək və əsas hissələri Avropanın aparıcı istehsalçılarının məhsulları olacaq.

Vaqonların modernləşdirilməsi Bakı metropolitenində davamlı aparılan proseslərin tərkib hissəsidir. Bu proses davamlı olaraq təmin ediləcək. 2024-cü ildə Bakı metropolitenində orta təmir aparılmış 4 qatardan 1-də modernləşdirmə işləri görülüb. 3 qatarda isə müasir yanğın xəbərverici sistem quraşdırılıb. Bakı metropolitenində modernləşdirmə prosesi bundan sonra da davamlı olaraq aparılacaq".

Orxan Hüseyn

Son xəbərlər