Məntəqə sədri: Seçicilər azad və şəffaf şəkildə səsvermədə iştirak edə bilər
Seçicilər azad və şəffaf şəkildə səsvermədə iştirak edə bilər.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında 36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin 6 saylı Seçki Məntəqəsinin sədri İsmixan Həsənov deyib.
O bildirib ki, məntəqələri seçkilər üçün tam hazırdır:
"Ümumilikdə 1 492 seçici, 48 bələdiyyə üzvlüyünə namizədləri var".
İ.Həsənov siyahılarındakı ən yaşlı seçicinin 84 yaşı olduğunu da əlavə edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Səsvermə 19:00-a qədər davam edəcək.
Oxşar xəbərlər
Yaxın 5 il ərzində Bakıda yeni avtomobil yolları tikilərək istismara veriləcək
İki il ərzində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtom...