"Haber Global"ın 6 yaşı tamam olur
Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün 6 yaşını qeyd edir.
BAKU.WS xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan "Haber Global" xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.
Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.
BAKU.WS kollektivi olaraq "Haber Global" telekanalını fəaliyyətə başlamasının 6 illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!
Oxşar xəbərlər
BAKU.WS işıqlandırdı, problem öz həllini tapdı - VİDEO
Bakıda Nəsimi rayonu ərazisində lüklərdən birinin ağzının 10 gündür örtülməməsi sürücülərin narahatlığına səbəb olmuşdu. BAKU.WS-in problemi işıqlandırmasından...