Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun anım günüdür
Sosial 47

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun anım günüdür.

Yuri Petroviç Kovalyov mayın 29-u 1965-ci ildə Göyçayda anadan olub.

O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, ən çətin tapşırıqları yerinə yetiriblər.

O, 26 yaşında 1991-ci ilin bu günü, yəni oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib.

Yuri Kovalyov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

O Tamara xanım ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli qalıb. Onların Regina və Yuliya adlı 2 qızı var.

Yuri Kovalyov 5 iyun 1992-ci il tarixində ölümündən sonra "Azərbaycan Milli Qəhrəman" adına layiq görülüb.

Bakıdakı 229 saylı orta məktəb onun adını daşıyır.

Son xəbərlər