Fevralın 1-dən vətəndaşlar ən azı bu qədər pensiya alacaq
Cari ilin başlanğıcında həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiyalarda artımlar nəzərdə tutulub və artıq gələn aydan etibarən bütün pensiyalar artırılmış məbləğdə ödəniləcək.
BAKU.WS-in məlumatına görə, artımlar iki əsas istiqamət üzrə həyata keçiriləcək.
Birincisi, pensiyalar ilin əvvəlindən başlayaraq indeksləşdiriləcək və artırılacaq, ikincisi isə fevralın 1-dən etibarən 320 manatdan aşağı olan pensiyalar 320 manat səviyyəsinə çatdırılacaq.
Beləliklə, fevralın 1-dən etibarən bütün pensiyalar artırılmış məbləğdə veriləcək, bu isə pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Yaxın 5 il ərzində Bakıda yeni avtomobil yolları tikilərək istismara veriləcək
İki il ərzində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtom...