Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq
Sosial 593

Bu gün Bakının Xəzər və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, sentyabrın 10-da saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması və Bakavtomat ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi, həmçinin saat 09:00-dan "Bahar" QTM-dən "Suraxanı" QTM-ə gedən qaz kəmərində yeni çəkilmiş yol keçidinin birləşmə işlərinin aparılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Binə qəsəbəsinin Gürcüstanlılar məhləsinin, Kanal üstü, Bakavtamat və Pekarnı yolu adlanan ərazilərin, həmçinin Suraxanı rayonu üzrə isə Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

101 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər