Bakının əsas prospektlərindən birində illərdir narazılığa səbəb olan QOŞA XƏTT silinir
Bakıda Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində olan nişanlanma xətlərində, hər iki istiqamət üzrə dəyişikliklər edilir.
BAKU.WS bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə(AYNA) istinadən xəbər verir.
Qeyd olunub ki, uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə (1.5 xətti ilə) əvəz olunur.
"Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırırdı. Artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib.
İşlər gecə saatlarında yerinə yetirilib", - deyə məlumatda vurğulanır.
Oxşar xəbərlər
Bu gündən Bakıda güclü leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə M...