Bakının ən çox maşın olan ərazisində işıqfor işləmir - SƏBƏBİ AÇIQLANDI
Qeyd olunan ünvanda işıqforun işləməməsinə səbəb elektrik xəttində yaranan qısaqapanma olub.
Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.
"Həmin andan etibarən müşahidə kameraları vasitəsilə ərazi diqqətdə saxlanılıb və yaranan texniki problem əməkdaşlarımız tərəfindən qisa müddət ərzində həll edilib. Hazırda işıqfor işlək vəziyyətdədir",-deyə Ö. Xıdırov əlavə edib.
16.10.2024, 19:36
Bakıda avtomobillərin ən çox olduğu yolda işıqforun işləməməsi böyük problemlər yaradıb.
Bu barədə şəhər sakinləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər.
Qeyd edilib ki, "28 may" küçəsi 78 B ünvanında işıqfor işləmir. Nəticədə yolda sıxlıq yaranır. Eyni zamanda qəza üçün şərait yaranır.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI
Balıq bazarında yerli məhsulların qiyməti xeyli ucuzlaşıb. Satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır. Balıq satışı üzrə mü...