Bakıda havadan gələn xoşagəlməz qoxunun səbəbini müəyyənləşdirmək üçün xüsusi qrup yaradılıb - RƏSMİ
Ötən gün paytaxtın bəzi hissələrində havadan kəskin qoxu gəlib.
Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qoxu şəhərin müxtəlif ərazilərində, xüsusən də metronun "Əhmədli", "Həzi Aslanov" və "Xalqlar Dostluğu" stansiyalarının yaxınlığında hiss olunub.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanladıq.
Qurumun mətbuat katibi İradə İbrahimova BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, artıq bununla bağlı araşdırma aparılır:
"Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb. Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır", - deyə o, qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI
Balıq bazarında yerli məhsulların qiyməti xeyli ucuzlaşıb. Satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır. Balıq satışı üzrə mü...