"28 May" stansiyasının qarşısında görülən təmir işləri yekunlaşdı

28 May stansiyasının qarşısında görülən təmir işləri yekunlaşdı
Fotoreportaj
Sosial 864

Artıq üç aydan çoxdur ki, Bakı metrosunun "28 May" stansiyasının qarşısında görülən təmir işləri yekunlaşıb.

BAKU.WS xəbər verir ki, burada meydanla yanaşı ətraf ərazilər də abadlaşdırılıb və ağaclar əkilib.

Şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

Park xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanıb və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən hazırlanıb. Burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılıb və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək.

BAKU.WS-in əməkdaşı sözügedən ərazidən son hazırlıq işlərini lentə alıb.

Fotolarda gediş-gəliş üçün nəzərdə tutlan yolun asfaltlandığı və son tamamlanma işlərinin görüldüyü kadrlar əks olunub.

Ərazidən həmin fotoları təqdim edirik;

Banu Hüseynli

Son xəbərlər