Nigar Camal duet ortağı Dima Bilanla illər əvvələ qayıtdı

Nigar Camal duet ortağı Dima Bilanla illər əvvələ qayıtdı
Video
Şou-biznes 2163

Ötən gün Bakıda Rusiyanın Əməkdar artisti Dima Bilanın konserti baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında sevənləri qarşısında çıxış edib.

Gecədə ifaçının duet ortağı olan Avroviziya qalibi Nigar Camal da səhnə alıb.

Nigar Dima ilə birlikdə illər əvvəl səsləndirdiyi "Obnimi minya"nı ifa edib.

Sözügedən ifa həmin vaxt "İlin ən yaxşı dueti" seçilmişdi.

Nigar Camalın zərif vokalı və Dima Bilanın güclü səhnə performansı harmonik şəkildə bir araya gələrək musiqisevərlərdə coşğu yaradıb.

Son xəbərlər