TDT liderlərinin 12-ci sammiti 2025-ci ildə Azərbaycanda keçiriləcək
06
noy
2024
19:50
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
"Report" Bişkek Bəyannaməsinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.
Oxşar xəbərlər
ADY və Almaniya şirkəti dəmir yollarının modernləşdirilməsini müzakirə edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Almaniyanın "Rhenus Group" şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağl...