Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
29
yan
2025
09:08
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.
Oxşar xəbərlər
MSK-ya daxil olmuş müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib
Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib. İclasın gündəliyinə bələdiyyə...