Vəzifəli şəxs VƏFAT ETDİ
Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji Tədqiqatları İnstitutunun direktoru Qara Həsənov vəfat edib.
Bu barədə AzTU-dan məlumat verilib.
Qeyd edək ki, Qara Həsənov Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirib. O, 1970-2024-cü illərdə AzTU-da baş laborant, baş müəllim, dosent, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb.
2022-ci ildən AzTU-nun Enerji Tədqiqatları İnstitutunun direktoru olub. 2011-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
AzTU-nun rəhbərliyi və kollektivi Qara Həsənovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Oxşar xəbərlər
Bulvarda tanıdığı 14 yaşlı qızla cinsi əlaqədə oldu - Hadisənin DETALLARI
Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Camal yetkinlik yaşına çatmayan Əsmərlə (adlar şərti göstərilib - red.) cinsi əlaqədə olub. Teleqraf.com-un əldə etdiyi...