Tovuzda beş hərbçi və bir mülki şəxsin öldüyü qəzada xəsarət alan yeniyetmə də həyatını itirdi
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ötən gün axşam saatlarında altı nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Z.Həsənov da xəstəxanada dünyasını dəyişib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncədəki xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, 13 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
***10:38
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ötən gün axşam saatlarında altı nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilir ki, xəsarət alan şəxs hazırda süni tənəffüs aparatına qoşulub.
Qeyd olunub ki, 27 noyabr tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Pasiyent ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.
Qalereya
Oxşar xəbərlər
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib
Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib. Bu barədə "Qaynarinfo"ya sənətkarın vəkili Elcan Həsənli məlumat verib. Vəkil bildirib ki, məhk...