Qubada paraşütçü qəza edərək ölüb
07
okt
2024
09:13
Qubada paraşütçü uçuş zamanı qəza edib.
APA xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Hadisə nəticəsində sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Üç uşaq anasının baldızı tərəfindən döyülməsi ilə bağlı iddia araşdırılır
Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsi iddiası ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bild...