İtkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT

İtkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT
Açıqlama
Hadisə 501

"İtkin düşdükləri ehtimal edilən Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir".

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

"13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında vətəndaşların axtarış-xilasetmə əməliyyatı qurumun qüvvələri tərəfindən davam etdirilir".

Xatırladaq ki, yanvarın 13-də səhər saatlarında dənizə çıxan Lənkəran rayonunun Siyavar kənd sakinləri, balıqçılıqla məşğul olan 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov geri qayıtmayıblar. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Son xəbərlər