FHN-dən İsmayıllıda iki nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA

FHN-dən İsmayıllıda iki nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA
Foto
Hadisə 478

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun 12-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarına aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobildəki sərnişinlər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat zamanı həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***10:25

Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.

Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***09:17

İsmayıllıda avtomobil qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllının Qurbanəfəndi kəndi istiqamətində baş verib.

İlkin məlumatlara əsasən, "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində Oğuz rayon sakinləri 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və digər Oğuz rayon sakini 2000-ci il təvəllüdlü Şükürlu Şükür Araz oğlu dünyasını dəyişib.

Digər iki nəfər 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman və 1988-ci il təvəllüdlü İsmayıllı sakini Allahverdiyev Tural Eldar oğlu müxalifət dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər