Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu
28
okt
2024
11:47
Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, prospektdə "Toyota Prado" və "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də zərər dəyib.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Oxşar xəbərlər
Bakıda binanın balkonu uçub
Bakıda binanın balkonu uçub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Qoşa qala qapısının yaxınlığında baş verib. Binanın balko...