Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırıldı
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.
Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır:
"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Oxşar xəbərlər
Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb
Ötən il korrupsiya ilə bağlı əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarş...