Gəncədə mənzildə partlayış olub: Xəsarət alan var

Gəncədə mənzildə partlayış olub: Xəsarət alan var
Hadisə 38

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

BAKU.WS apa-ya istiandən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər