Bakıda "Azərsu"nun KamAZ-ı qurumun qazdığı quyuya düşüb
Nərimanov rayonu, Hacı Məmmədov küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsindən keçən kanalizasiya xəttinin yenilənməsi səbəbilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən oktyabrın 3-dən təmir-bərpa işlərinə başlanılıb.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, istismar müddətini başa vurmuş xəttin dəyişdirilməsi üçün qazıntılar zamanı torpaq sürüşməsi Xidmətə məxsus yük maşınının çalaya düşməsinə səbəb olub.
Hazırda nəqliyyat vasitəsinin çıxarılması istiqamətində işlər görülür, xəsarət alan yoxdur.
***16:47
Bakıda "KamAZ" çalaya düşüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Hacı Məmmədov küçəsində qeydə alınıb:
"3 gündür "Azərsu" ( İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ) ərazidə bu cür quyular qazır. Axırda iş o yerə çatdı ki, öz qazdıqları quyuya öz "KamAZ"ları düşdü".
Bildirilib ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Banu Hüseynli
Oxşar xəbərlər
Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı S.S.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaş...