Bakı bulvarında gənc oğlan özünü dənizə atdı

Bakı bulvarında gənc oğlan özünü dənizə atdı
Hadisə 311

Bakıda gənc oğlan özünü dənizə atıb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə bazar günü Dənizkənarı Milli Parkda qeydə alınıb.

Gənc oğlanın özünü dənizə atdığını görən vətəndaşlar dərhal polisə və FHN-ə məlumat veriblər.

Hadisə yerinə FHN və polis əməkdaşları gəliblər. Həyata keçirilən tədbirlər nəticəsində gənc oğlan sudan çıxarılıb.

Araşdırmalar nəticəsində özünü dənizə atan şəxsin Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Rəsul Vəli oğlu İsmayılov olması müəyyən edilib.

Prokurorluq tərəfindən araşdırma aparılır.

Son xəbərlər