AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti məlumat yayıb.
Bu qərar Kazan üzərində "Kovyor" planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.
Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Oxşar xəbərlər
At almağa getmişdi, 15 yaşlı qızı qaçırdı
Daşkəsən rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən 20 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ra...