Bolqarıstan kombinatı SOCAR ilə birlikdə Panaqyurişteni qazlaşdırmağı planlaşdırır
Bolqarıstanın "Asarel Medet" dağ-mədən zənginləşdirmə kombinatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə ölkənin Panaqyurişte şəhərinin (Pazarcik əyalətində, Sofiyadan 91 km şərqdə yerləşir) qazlaşdırılmasını həyata keçirməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə kombinatın icraçı direktoru Nikolay Peltekov məlumat verib.
"Biz SOCAR ilə birlikdə şirkətimizin yerləşdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsini hazırlayırıq. Gələn il bu bələdiyyənin inzibati mərkəzi olan Panaqyuriştenin birgə qazlaşdırılmasına başlamağı planlaşdırırıq", - icraçı direktor bildirib.
O qeyd edib ki, bu layihənin həyata keçirilməsi yaşayış evlərinin əsasən bərk yanacaqla qızdırıldığı regiona son dərəcə müsbət təsir göstərəcək.
N.Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəssisələrinə, o cümlədən "Asarel Medet" kombinatına qaz tədarükünə başlayıb: "Biz strateji tərəfdaşımız olan SOCAR-ın uzunmüddətli perspektivdə bizi rəqabətqabiliyyətli qiymətlərlə qazla təmin edəcəyini gözləyirik".
Qeyd edək ki, "Asarel Medet" kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir. Bu il mayın 8-də SOCAR və "Asarel Investment" ("Asarel Medet" kombinatının törəməsi) arasında Anlaşma Memorandumu imzalanıb.
Oxşar xəbərlər
Vergilər Nazirliyinin Tədris Mərkəzinin ştat vahidi artırılıb
Vergilər Nazirliyinin Tədris Mərkəzinin ştat vahidi artırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Tədris Mərkəzində ştat vahidlərinin s...