Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Birgə layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, infrastruktur, bərk məişət tullantılarının idarə edilməsi, kənd təsərrüfatı və digər sahələrə töhfə verdiyi vurğulanıb. Bankla potensial əməkdaşlıq sahələri, növbəti illər üzrə prioritet layihələr, ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələri, məşğulluğa dəstək istiqamətində atılan addımlar, eləcə də dövlətə məxsus müəssisələrin dəstəklənməsi istiqamətində Bankın apardığı araşdırmalar barədə məlumat verilib, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpası, kənd təsərrüfatı və irriqasiya sistemlərində smart həllər, həmçinin 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədi barədə fikir mübadiləsi aparıblar. Sənəd Milli Prioritetlərə uyğunlaşdırılmış investisiya proqramları və texniki yardımı əhatə edir.
Oxşar xəbərlər
"Belə pul qazanmaq əxlaqsızlıqdır" - Turizm şirkətlərinin qanunsuz qazanc yeri
Şengen ölkələrindən hər hansı birinə səyahət etməyə icazə verən sənəd vətəndaşlar üçün əlçatmaza çevrilib. Səbəb? Əgər vizaya gedən yolda bir tərəfdən süründürm...