Türkiyədə helikopter xəstəxana binasına çırpılıb: 4 ölü var
Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyindədir.
Həlak olanlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.
Xəsarət alanlar barədə məlumat yoxdur.
***11:54
Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Xəstəxana binasına çırpılan helikopter qəzadan sonra yerə düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.
Oxşar xəbərlər
Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
"İranın heç bir proksi qüvvələri yoxdur". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bunu İranın ali rəhbəri Ə...