Rusiyada miqrantların övladları üçün YENİ MƏCBURİYYƏT

Rusiyada miqrantların övladları üçün YENİ MƏCBURİYYƏT
Dünya 98

Rusiyanın Təhsil Nazirliyi miqrantların uşaqlarının dil diaqnostikasından keçməsinin məcburi olması üçün qanunvericilik təşəbbüsləri üzərində işləyir.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda Rusiya Təhsil Nazirliyi miqrant uşaqlar üçün məcburi dil diaqnostikasını gücləndirmək üçün qanunvericilik təşəbbüsləri üzərində işləyir. Bu, həmin uşaqlar üçün əvvəlcədən əlavə dərslər təşkil etməyə imkan verəcək",-deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, müəllimlərə kömək məqsədilə bu il onlara əcnəbi vətəndaşların uşaqlarının təlim proseslərinə, sosial, linqvistik və mədəni adaptasiyasına psixoloji və pedaqoji dəstək proqramı təqdim olunub.

Buna qədər "İzvestiya" qəzeti yazıb ki, Təhsil Nazirliyi rus dilini zəif bilən xarici vətəndaşların övladlarından ibarət siniflərə üç uşaqdan çox qəbul etməməyi tövsiyə edib. Sənəddə qeyd olunur ki, bu yalnız məqsədli bir meyar kimi nəzərdə tutulmalıdır və belə uşaqların təhsil almasına qadağa qoyulması kimi qəbul edilməməlidir.

Son xəbərlər