Məşhur bəstəkar 78 yaşında vəfat edib

Məşhur bəstəkar 78 yaşında vəfat edib
Dünya 74

Məşhur rusiyalı bəstəkar, estrada müğənnisi, Rusiya Federasiyasının xalq artisti Vyaçeslav Dobrınin 78 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin NTV kanalı məlumat yayıb.

Məlumata görə, o, bu gün, oktyabrın 1-də Moskva klinikalarından birində dünyasını dəyişib.

Bir həftə əvvəl sənətçi, insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sentyabrın 30-da müğənni Lev Leşçenko Dobrıninin xəstəxanada olduğunu bildirdi, lakin o, həmkarının vəziyyəti ilə bağlı təfərrüatları bölüşməkdən imtina edib.

Dobrınin 25 yanvar 1946-cı ildə Moskvada anadan olub. Doğulanda Antonov soyadını daşıyırmış, lakin yaradıcılıq fəaliyyətinə başlayanda onu dəyişdirib, çünki o dövrdə musiqiçi Yuri Antonov populyarlıq qazanırmış. 1970-ci ildə Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. Elə həmin il bəstəkar kimi fəaliyyət göstərib.

Son xəbərlər