Si Cinpin xalqını qarşıdakı qorxulu günlər barədə xəbərdar edib
Çin Xalq Respublikasının sədri Si Cinpin ölkə əhalisini gözləyən təlatümlü dənizlər və fırtınalar barədə xəbərdar edib. O, Çin Xalq Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən tədbirdə danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Çinin Kommunist Partiyasının üç min üzvü və xarici rəsmilər qarşısında çıxış edən Si Cinpin bildirib ki, heç bir çətinlik Çin xalqını irəliləməkdən dayandırmayacaq: "Lakin xalqı ayıq-sayıq, təhlükələrə hazır olmağa və qarşıdakı çətin dövrlərdə partiyaya və onun ordusuna güvənməyə çağırıram.
Qarşıdakı yol hamar olmayacaq, mütləq çətinliklər və maneələr olacaq. Biz güclü küləklər, təlatümlü dənizlər və hətta fırtına kimi ciddi sınaqlarla üzləşə bilərik"
Qeyd edək ki, dünyada ikinci ən böyük iqtisadiyyata malik olan Çin pandemiyadan sonra çətin bərpa olub və mənzil sektorunda ciddi problemlər yaşayır. Son həftələrdə Pekin iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrinin azaldılması və pensiya yaşının artırılması kimi bir sıra tədbirlər açıqlayıb.
Bundan əlavə, Çin Filippin, Tayvan və Yaponiya da daxil olmaqla qonşu ölkələrlə ərazi mübahisələrinə cəlb olunub və bu ölkələr ABŞ-dən dəstək alır. Si Cinpin çıxışında "Tayvanla yenidən birləşmə" planlarını bir daha təkrarlayıb.
"Tayvan Çinin müqəddəs ərazisidir və Tayvan boğazının hər iki tərəfində yaşayan insanlar qan qohumudur, qan isə sudan daha qatıdır", - deyə Si vurğulayıb.
Oxşar xəbərlər
Tbilisidə etirazçılar "Qəhrəmanlar" meydanını bağladılar
Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası keçirilir. BAKU.WS xəbər verir ki, müxalifət partiyalarının nümayəndələri və parlament seçkilərinin nəticələrini...