Dünyaca məşhur aktyor 2 uşağının anası olan 15 illik sevgilisi ilə evlənir

Dünyaca məşhur aktyor 2 uşağının anası olan 15 illik sevgilisi ilə evlənir
Foto
Dünya 394

Məşhur kino ulduzu, 57 yaşlı Ceyson Steytem evlənir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aktyor 15 ilə yaxındır münasibətdə olduğu britaniyalı model Rozi Hantinqton-Uaytli ilə həyatını birləşdirir.

Cütlük artıq iki dəfə valideyn olub, lakin nikahı rəsmiləşdirməyə tələsməyiblər.

Məlumata görə, Ceyson indi nəhayət toy etməyi planlaşdırır.

"Onlar birlikdə çox xoşbəxtdirlər. Onların eniş-yoxuşları olub. Bu, əsasən Stethemin düşüncəsiz olması ilə bağlıdır. Lakin o, bağlılıq problemlərinin öhdəsindən gəlib və özünün inanılmaz tərəfdaş və ata olduğunu sübut edib", - deyə qeyd olunub.

Bildirilib ki, sevgililər birlikdə üçüncü uşaq haqqında düşünürlər. Bu, münasibətlərin rəsmiləşdirilməsinə səbəb olub.

Xatırladaq ki, cütlük 2010-cu ildə görüşməyə başlayıb. 6 ildən sonra aktyor sevgilisinə evlilik təklif etsə də, heç vaxt evlənməyiblər. Onların ilk övladı - Cek adlı oğlu və Ceyms adlı 1 qızı var.

Son xəbərlər