Çindən Livanda baş verən kütləvi peycer partlayışlarına MÜNASİBƏT
"Livanda peycer və digər rabitə vasitələrinin partlayışı terrorizmi yeni səviyyəyə çıxarır".
Bu sözləri "Tayhe" beynəlxalq forumunda çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Çjou Li deyib.
"Bu yaxınlarda Livanda eyni vaxtda 3 mindən çox peycer və rabitə cihazının eyni anda partlaması bütün dünyanı sarsıtdı. Partlayıcıların insanların daşıdığı elektron cihazların batareyalarına yerləşdirilməsi terrorizmi yeni səviyyəyə çıxarır", - deyə o vurğulayıb.
Buna qədər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb ki, rəsmi Moskva Livanda rabitə vasitələrinə misli görünməmiş terror kiberhücumlarından və İsrailin hava zərbələrindən dərin narahatdır.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi Livanda genişmiqyaslı hərbi əməliyyatın başlanmasının ən dağıdıcı nəticələrə səbəb olacağına və bunun bütün Yaxın Şərqin təhlükəsizliyinə mənfi təsir edəcəyinə əmindir.
Oxşar xəbərlər
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub. "Report" xəbər verir ki, bu barədə Madaqaska...