Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
26
noy
2024
16:18
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.
Oxşar xəbərlər
Qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək fasilələrlə davam edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Mil...