BAKU.WS redaksiyasına paytaxt küçələrindən birində kobud qayda pozuntusu ilə bağlı videoçarx göndərilib.
 
"27-BL-023" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil əks istiqamətdən çıxaraq qəzalı vəziyyət yaradıb. Hadisə Nəsimi rayonu Bakixanov prospektində qeydə alınıb. Videoregistratorun qeydə aldığı hadisə anbaan kameraya düşüb.
 
Tiflis prospektinə tərəf hərəkət edən nəqliyyatların hərəkətinə mane olan "Mercedes" hələ bu az kimi, işıqları yandırıb söndürərək digər avtomobillərdən yol da tələb edib. Videodan da aydın olduğu kimi, sürücün kobud qayda pozuntusu ona baha başa gəlib. Belə ki, digər avtomobilin sürücüsü qayda pozan sürücünün ünvanına sərt sözlər ünvanlayıb.
 
Şübhəsiz ki, yol polisi əməkdaşları bu cür hadisələrin qarşısını almaq üçün ilk növbədə yol nişanlarının quraşdırılmasına diqqəti yönəltməlidir. Lazımı yerlərdə yol nişanları qoyularsa bu cür hadisələrin təkrarlanmasının qarşısı alınacaq.  
 

Tofiq Babayev
BAKU.WS