SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində ucuz qiymətə avtomobillərin hərracları təşkil olunacaq.

BAKU.WS-in məlumatına görə, 30 yanvar 2018-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı alıcılara təqdim edilib.

1-7-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

8-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

9-10-cu sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

BAKU.WS

S/N

Balanssaxlayıcı müəssisənin adı
Avtonəqliyyat vasitəsinin markası
 Buraxılış ili
Start qiyməti
(manatla)
 10% beh
(manatla)
1.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-53212
1986
2500
250
2.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-55111
1989
2600
260
3.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-55111
1989
2600
260
4.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
KAMAZ-55111
1989
2600
260
5.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
MAZ-5549
1987
1650
165
6.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
Moskvich İJ-2715
1987
250
25
7.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi
UAZ-3303
1988
300
30
8.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Volkswagen Polo
1995
889
89
9.
Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi
Nissan Maxima
2006
4700
470
10.
Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi
Nissan Maxima
2007
5000
500
11.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Nissan Maxima
2004
2600
260
12.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Chery A520 Fora
2007
1600
160
13.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Chery Eastar
2007
1600
160
14.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Nissan Sunny
2006
2300
230