SİZİN REKLAM BURADA!
055 213 76 73



"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində 2 yeraltı piyada keçidinin tikintisi işləri aparılır.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, hər bir keçidin uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlərin hər biri 8 ədəd eskalatorla təmin olunacaq.

Xəqani Rüstəmov Küçəsi İlə Nobel Prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidinində qalereyanın tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri aparılır.

Ümumilkdə keçidin inşası zamanı uzunluğu 14 m olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 m uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib. Bundan başqa keçid 2 qat ruburoid materialı ilə izolyasiya olunub, üzlənmə üçün istifadə olunan 2500 m2 mərmər-qranit işlərindən 1000 m2 görülüb. Keçidin giriş-çıxış hissəsi üçün 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifarış olunub.

Xəqani Rüstəmov Küçəsi İlə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirən yeraltı piyada keçidində isə uzunluğu 14 m olan 354 dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan 270 ədədi inşa olunub.
 
BAKU.WS