SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda son bir il ərzində baş verən 2 devalvasiya nəticəsində dolların manat qarşısında bahalaşması maşın bazarına təsir edib. 
 
BAKU.WS-in məlumatına görə, ATV avtomobil bazarındakı son vəziyyəti araşdırıb. Satıcıların sözlərinə görə, xarici ölkələrdən gətirilən avtomobili bazarda normal qiymətə satmaq mümkün deyil. Belə ki, dolların manat qarşısında dəyər qazanması xarici ölkədən gətirilən avtomobillərin bahalaşmasına gətirib çıxarıb. 
 
Ekspertlər isə bildirir ki, Avro standartların tətbiqi ili köhnə avtomobilllərin ölkəyə girişinə imkan vermir. Nəticə etibarı ilə Azərbaycana yalnız ili yeni olan bahalı avtomobillər idxal etmək mümkün olur. Bu isə daxili bazarda ucuz maşın tələbatını ödəmir.
 
Şahin Həbibov
BAKU.WS