VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı küçələrində şütüyən bahalı avtomobillərin görüntüsü yayılıb.
 
BAKU.WS-in məlumatına görə, "Lamborghini Aventador" və "Ferrari 458 Speciale" model avtomobillərin dövlət nömrə nişanları da avtomobillər qədər diqqət çəkir. 
 
"Lamborghini Aventador" modelinin mühərriki 700 a.g.-dir. "Aventador” 100 km/s sürətini 2,9 saniyəyə yığır. Bu modelin qiyməti təxminən 650.000 dollardır (968 min AZN).
 
"Ferrari 458 Speciale" isə 458-cilər ailəsinin ən dinamik, güclü və idman modelidir. İki nəfərlik "Speciale" 605 a.g. və 540 Nm fırlanma anı hasil edən 8 silindrli 4,5 litrlik mühərriklə təchiz edilib. Bu mühərrik Ferrari-nin bütün tarixi ərzində ən güclü atmosfer V8 mühərriki olmaqla bərabər, həm də xüsusi gücün (135 a.g./1 l) göstəricisi üzrə dünyada ən yaxşı yol atmosfer mühərrikidir. Bu mühərrik yüngül 458 Speciale (cəmi 1290 kq) modelinə 3 saniyə ərzində 100 km/saata qədər sürətini artırmağa, 325 km/saatdan çox maksimal sürət qazanmağa imkan verir.

Ferrari 458 Speciale Avropa qiymətinin 330 000 dollardan (491 min AZN) az olmayacağı ehtimal edilir.

Şahin Həbibov
BAKU.WS