Çində nəzərdə tutulan Formula 1 yarışının debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu ilk dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkün olacaq, amma çinlilər hamını işə dəqiq yanaşmaları ilə təəccübləndirdilər. Və beləliklə 2004-cü ildən bu günə kimi Çin Qran Prisi keçirilir. 

Gəlin Çin Qran Prisi haqqında 5 maraqlı faktı nəzərdən keçirək. 

1. Beynəlxalq Şanxay Halqasının arxitektoru Herman Tilkedir. O, çin dilində ŞAN (Şanxay sözünün ilk hissəsi - Yüksək mənasını verir) heroqlifindən istifadə edərək, yaratdığı treklərin bir-birinə bənzəmədiyini bir daha sübut etdi. Trekin tikiləcəyi yer bataqlıq olduğundan, inşaatçılar torpağa təxminən 400 ton poliester tökmək qərarına gəldilər. 

  

2. 16 döngə - yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol - ötmək üçün əlverişli trek. Trekin uzunluğu 5.451 km, dövrələrin sayı isə 56-dır. 
 

 

3. 2004-2010-ci illər arasında keçirilən 7 yarışda 7 müxtəlif pilot qalib olub. Bunlar müvafiq olaraq Rubens Barikello, Fernando Alonso, Mixael Şumaxer, Kimi Raykkonen, Luis Hamilton, Sebastian Fettel və Censon Batndır. 
 

 

4. Çin Qran Prisi tarixində ən sürətli dövrə Mixael Şumaxerə məxsusdur. O, 2004-ci ildə dövrəni 1:32.238 dəq. başa vurub. Lakin buna baxmayaraq həmin il Çin Qran Prisi onun üçün uğurlu olmadı. O, yarışı 12-ci yerdə bitirdi. 
 

 

5. Çin Qran Prisində pilotlar arasında 4 dəfə Luis Hamilton (2008, 2011, 2014, 2015), komandalar arasında isə Ferrari 4 dəfə qələbəyə seviniblər (2004, 2006, 2007, 2013).