SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sosial şəbəkələrdə "Ekopatrul” adlı yeni sosial çarx yayılıb. 

 

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə çəkilmiş sosial çarx gəncləri yaşadığı ərazini təmiz saxlamağı və ictimai yerlərdə özlərini mədəni şəkildə aparmağı təbliğ edir. 


Sosial çarxda məşhur kikboksçu Eduard Məmmədov və fitnes məşqçisi Kamil Zeynallı kimi şəxslər rol alıblar. Onlar Azərbaycan gəncliyinə müraciət edərək Təmiz bir dünya üçün gəncləri üzərlərinə düşən öhdəliklərə əməl etməyə çağırıblar. 


Sosial çarxın rejissoru Cavanşir Eladisoy, operatoru isə Vüsal Məmmədzadədir. 

 

Azad Əliyev

BAKU.WS