SİZİN REKLAM BURADA!
055 213 76 73


Belarusda koronavirusa yoluxan xəstələrin sayı 21 mini ötüb.

BAKU.WS-in məlumatına görə, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 21 min 101 nəfərdir. Onlardan 5 min 484 nəfəri tam sağalaraq evə buraxılıb, 121 nəfər isə həyatını itirib. İndiyədək Belarusda koronavirusla bağlı 240 mindən artıq test aparılıb.

Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

BAKU.WS